Xarab dişlər orqanizmdə xroniki iltihab yaradaraq immun sistemini zəiflədir.
Medicina.az xəbər verir ki, kariyesli dişlər mədə-bağırsaq, ürək-damar sistemi xəstəliklərinin riskini artırır.
Bu barədə dəfələrlə araşdırmalar aparılıb. Nəticələrə görə isə, xarab dişlər həmçinin şəkərli diabet xəstəliyinin riskini də artırır.
Qeyd edək ki, araşdırma zamanı 10 000 yaxın insanın sağlamlıq haqqında məlumatları təhlil olunub.