Azərbaycanın Xankəndi şəhər sakini, erməniəsilli 1954-cü il təvəllüdlü Vera Varaşakovna Aqasyan oktyabrın 20-də səhər saat 9-10 radələrində yaşadığı ünvanda vəfat edib.
"Medicina" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
"Keçirilən məhkəmə-tibbi ekspertizasının ilkin məlumatlarına görə, 70 yaşlı qadının ölümünün bilavasitə səbəbi ağciyər arteriyasının trombozu ilə əlaqədar inkişaf etmiş kəskin ağciyər-ürək çatışmazlığı olub".
Məlumata görə, Vera Varaşakovna Aqasyan Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən həkim müayinəsində olub, eyni zamanda ona lazımi sosial müdafiə dəstəyi göstərilmişdi.