Bioloji Təbabət Klinikası xanımlar üçün 50 faizlik endirim elan edib.
Medicina.az xəbər verir ki, klinikada dekabr ayı ərzində həkim-ginekoloq Ülkər Salahovanın qəbulu 30 AZN-dən 15 AZN-ə endirilib. Koloskopiya müayinəsi isə 40 AZN yox 20 AZN-ə həyata keçiriləcək.
Kolposkopiya nədir?
Kolposkopiya uşaqlıq boynunun xüsusi mikroskop vasitəsilə müayinəsidir. Bu zaman uşaqlıq boynu 30 dəfəyədək böyüdülür və xüsusi dərman vasitələrindən istifadə edilməklə müayinə olunur.
Kolposkopiya nə üçün lazımdır?
Kolposkop vasitəsilə uşaqlıq boynunun xərçəngönü xəstəliklərini vaxtında aşkar etmək mümkündür. Həmçinin kolposkop vasitəsilə uşaqlıq boynundan biopsiya götürmək üçün daha çox dəyişikliyə məruz qalmış nahiyəni seçmək olur.Bir çox hallarda uşaqlıq boynu xərçəngi lal keçir, yəni heç bir simptom,əlamət olmur. Uşaqlıq boynu xərçəngi invaziya verdikdə yeganə simptomu kontakt qanaxma ola bilər. Odur ki, bütün qadınlar profilaktik olaraq 3 ildə bir dəfə kolposkopiyadan keçməlidir.
Siz də ginekoloji müayinədən keçin və probleminizi vaxtında aşkarlayın!
Əlaqə:
Tel.: (+994 12) 430 89 89
Mob.: (+994 50) / (+994 55) / (+994 70) 430 89 89
Ünvan: 3 mkr., Pişəvəri 110 (Cavadxan küç 24), M. Əcəmi m.st. yaxınlığında
Instagram: bioloji.tebabet