Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xanım nazir koronavirusa yoluxdu

  • 2020.04.28 05:49
  • 4040 Baxış
Xanım nazir koronavirusa yoluxdu

Meksika Dövlət Xidmətləri Nazirliyinin başçısı İrma Sandoval Balyesteros koronavirusa yoluxub.

“TASS”a xəbər verir ki, o, Latın Amerika ölkəsinin koronavirusa yoluxan ilk hökumət üzvüdür. Qeyd edilir ki, qurum rəhbərində ağır simptomlar müşahidə olunmur.

“İrma Sandoval Balyesterosun sağlamlıq vəziyyəti əla kimi qiymətləndirilir”, - nazirlikdən bildirilib.

Həmçinin əlavə ediblər ki, xanım məmur özünütəcrid rejimindədir və əvvəlki kimi öz işini yerinə yetirir.