Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xanəndə ağır xəstəlikdən əziyyət çəkdiyini ETİRAF ETDİ

  • 2022.02.22 16:04
  • 2854 Baxış
Xanəndə ağır xəstəlikdən əziyyət çəkdiyini  ETİRAF ETDİ
Azərbaycanın Əməkdar artisti Ehtiram Hüseynov dağınıq skleroz xəstəliyindən əziyyət çəkir.

Bu barədə muğam ifaçısı “Instagram” hesabında paylaşım edib.

O, Türkiyənin tanınmış müğənnisi Serdar Ortacın dediyi “Ms xəstəsi olmaq o deməkdir ki, bu gün yaxşı, sabah pis, növbəti gün isə yaxşı olub, insanları təəccübləndirirsən” sözlərini paylaşıb.

Sənətçi paylaşımına “İnşallah MS-in də çarəsi tapılar” sözlərini əlavə edib.

İzləyicilər də Ehtiram Hüseynovun paylaşımını bəyənərək ona şəfa diləyiblər.

Qeyd edək ki, Dağınıq skleroz - sinir sisteminin iltihabi xəstəliyi olub, baş və onurğa beynində sinir hüceyrələrinin örtük qişasının zədələnməsi ilə müşahidə olunur.