Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Quşüzümünün orqanizmə 10 faydası – Ürək, böyrəklər, beyin və sinirlər

  • 2019.06.24 17:36
  • 16497 Baxış
Quşüzümünün orqanizmə 10 faydası –  Ürək, böyrəklər, beyin və sinirlər
Quşüzümü artıq bazarlarda mövsümü olan giləmeyvədir. Tərkibində C, E, PP vitaminləri, flavonoidlər, kversetin, kalium, kalsium, dəmirlə zəngindir.


Medicina.az bu maraqlı giləmeyvənin orqanizmimizə 10 əsas faydasını təqdim edir. Hansı xəstəliyi olanlar quşüzümünün özünü, kompotunu, qurusunu və mürəbbəsini daha çox istifadə etməlidir?


1.Oynaqlarda iltihabı götürür, revmatizm, artrit, artroz – tərkibində olan kversetin oynaqlarda iltihablaşmanı aradan qaldırır, azaldır və hərəkətliliyi artırır.


2.Ürək –damar xəstəliklərində - triqliseridlərin səviyyəsini azaldır, ürək əzələsini rahatladır, damarları təmizləyir, qan dövranını yaxşılaşdırır. Bununla da insult-infarkt riskini azaldır.


3.Şəkərli diabet – qanda qlükozanın səviyyəsini endirir, hüceyrələri canlı saxlayır, diabetin digər orqanlara, damarlara zərbəsini azaldır


4.Qaraciyər yağlanmasında – qaraciyərdə piy, yağ toplanmasına, alkoqol mənşəli olmayan qaraciyər xəstəliklərinə qarşıdır


5.Beyin hüceyrələrini  qoruyur – quşüzümü beyin üçün antioksidantdır. Beynin işləməsini təmin edir, yaddaşı, diqqəti gücləndirir. Qocalıq demensiyası, huşsuzluq, Alsgeymer xəstəliyinə qarşıdır

 



6.Gözləri sağlamlaşdırır – torlu qişanın sərbəst radikallardan zədələnməsinin qarşısını alır, göz yorğunluğunu götürür


7.Bağırsaqları sağlamlaşdırır – qəbizlik, diareya, köpə qarşıdır.  Faydalı bağırsaq bakteriylarını artırır


8.Böyrəklərin iltihabına qarşı – Böyrək və sidik yollarında infeksiyaları öldürür, daş, qum, kristalı tökür, iltihabı aradan qaldırır. Sidik kisəsi sistitində əvəzsizdir. Təbii sidikqovucudur


9.Kişilərdə cinsi zəiflik – impotensiyaya qarşıdır


10. Süd vəzi, bağırsaq və uşaqlıq xərçənginə qarşı – tərkibindəki zülal və birləşmələe bu orqanlarda xərçəng hüceyrələrinin inkişafını azaldır, şişlərin böyüməsinə qarşıdır


Hamilələr də qəbul edə bilər, çox faydalıdır.

 


Quşüzümünün orqanizmə 10 faydası –  Ürək, böyrəklər, beyin və sinirlər
Quşüzümünün orqanizmə 10 faydası –  Ürək, böyrəklər, beyin və sinirlər
Quşüzümünün orqanizmə 10 faydası –  Ürək, böyrəklər, beyin və sinirlər