Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Oynaqlarınızı gəncləşdirib gücləndirəcək – RESEPT

  • 2019.06.11 21:40
  • 42804 Baxış
 Oynaqlarınızı gəncləşdirib gücləndirəcək –  RESEPT
30 yaşdan sonra oynaqlar sıradan çıxmağa başlayır. Bu kokteyl məhz oynaqlara gücləndirici təsir edib, size gəncliyinizdəki kimi aktiv, ağrısız hərəkətli edəcək.

Medicina.az həmin resepi təqdim edir:


Lazımdır:


Su – 250 ml

Yulaf – 50 qr

Portağal şirəsi -100 ml

Qoz – 1 xörək qaşığı

Təmiz bal – 1 xörək qaşığı

Darçın – az


Hazırlanması:


Su və yulafdan yulaf sıyığı bişirin. 


Soyumağa qoyanda, təzə portağal şirəsi çəkib, ona bal, xırdalanmış qoz və azca darçın səpin. Bunu sıyığa qatıb blenderdə qarışdırın. 


Kokteyl səhər-axşam içilə bilər. Oynaq və qığırdaqları bərpa edir. 

2 həftə qəbul edin