Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xalq artistinin son durumu - Reanimasiyadadır

  • 2025.02.03 14:52
  • 351 Baxış
Xalq artistinin son durumu -  Reanimasiyadadır

Xalq artisti Fatma Mahmudovanın səhhəti normallaşıb.
Bu barədə Qaynarinfo-ya açıqlamasında Xalq artisti Fatma Mahmudovanın qızı Nigar Tofiqızı deyib.

O, hazırda aktrisanın müalicəsinin davam etdirildiyini bildirib:

"Anam xəstəxanadadır və hazırda reanimasiyadadır. Sağlamlığı bərpa olunur. Allah bütün xəstələrə şəfa versin”.

Xalq artistinin qızı anası haqqında sosial şəbəkələrdə yayılan məlumatlardan əsəbiləşdiyini qeyd edib:

"Oxuyuram, dəhşətə gəlirəm. Adam necə bir insan haqqında olmayan məlumatlar yazar? Hamısı da dəqiqləşməmiş məlumatlardır”.

Xatırladaq ki, Xalq artisti Fatma Mahmudovanın səhhətində problemlər yaranıb. Həkimlər onun beyin insultu keçirdiyini qeyd edib.