Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Xalq artistinin vəziyyəti ağır stabil olaraq qalır” - Həkimindən açıqlama

  • 2019.10.05 12:57
  • 7399 Baxış
“Xalq artistinin vəziyyəti ağır stabil olaraq qalır”  - Həkimindən açıqlama
Bu gün infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilən Xalq artisti Ofelya Sənaninin vəziyyəti ağır olaraq qalır. 

 

Bu barədə Medicina.az-a xalq artistinin həkimi Südabə Həsənova məlumat verib. Onun sözlərinə görə, vəziyyəti ağır olsa da, həyatı üçün təhlükə yoxdur: "Hazırkı vəziyyəti ağır stabildir. Xəstənin huşu yerindədir və ümid edirik ki, səhhətində irəliləyiş olacaq. İndiki halda həyatı üçün təhlükə yoxdur”.  


Xatırladaq ki, xalq artisti Oferlya Sənani ürəyin ön və arxa divarının infarktı diaqnozu ilə bu gün  Klniki Tibbi Mərkəzə yerləşdirilib.


Günel

Medicina.az