Xalq artisti Firəngiz Mütəllimovanın qardaşı İlham dünyasını dəyişib.
"Medicina" xəbər verir ki, axşam.az-a açıqlama verən aktrisa göz yaşlarını saxlaya bilməyib.
"2012-ci ildə qardaşım ürəyindən əməliyyat olundu. Həmin vaxt çox stres yaşadım. 2013-cü ildə isə özüm beynimdən əməliyyat olundum. Bu yaxınlarda xaricə oğlunun yanına getmişdi. Getdi, nəvələrini gördü. 2 həftə əvvəl Bakıya gəlib. Həyat yoldaşı deyir ki, yatdı, oyanmadı. Bilmirik səbəb nədir. Ekspertizaya verilib, ondan sonra bilinəcək. Qardaşım mənim tək dayağım idi" deyə, F.Mütəllimova söyləyib.
Aygün M