Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xalq artistinin kömək istəyinə nazirlik cavab verdi - “Rəsmi müraciət etməyib”

  • 2019.03.07 14:26
  • 6224 Baxış
Xalq artistinin kömək istəyinə nazirlik cavab verdi -  “Rəsmi müraciət etməyib”
 

Xəbər verdiyimiz kimi, Xalq artisti Könül Xasıyeva Səhiyyə naziri Oqtay Şirəliyevə müraciət edib.


Belə ki, o, oğlu Kazımın səhhətinin getdikcə pisləşdiyini vurğulayaraq, nazirdən yardım istəyib: "Səhiyyə nazirimiz Oqtay Şirəliyevdən kömək istəyirəm".


Medicina.az bildirir ki, məsələ ilə bağlı Səhiyyə Nazirliyindən Open.az-a verilən məlumata görə, xalq artisti nazirliyə rəsmi müraciət etməyib: "Müraciət etsin bildirsin ki, hara getmək istəyir və oğlunun xəstəliyi nədir. Respublikamızda fəaliyyət göstərən hansı xəstəxanaya müraciət etmək istədiyini bildirsin".