Xalq artisti Ənvər Həsənov səhhətində yaranmış problemlər səbəbindən dünən xəstəxanaya yerləşdirilib.
Hazırda o, Mərdəkan 26 saylı xəstəxanadadır.
Medicina xəbər verir ki, jurnalistlərin verdiyi məlumata görə, dünən onun daxili qanaxması olub. Lakin həkimlər hələ səbəbi tapa bilməyib.
Ümumiyyətlə, Ənvər Həsənovun nədən müalicə olunması barədə rəsmi məlumat da verilmir.
Fotodan görünür ki, sənətkarın olduğu xəstəxana şəraiti də onun adına layiq deyil.
Ənvər Həsənovun daha klassifikasiyalı və müasir xəstəxanaya köçürülüb, dəqiq, üstün müayinə müalicəyə ehtiyacı var.
Baxmayaraq ki, İcbari Tibbi Sığorta paketinə bir sıra özəl klinikalar daxildir, belə hallarda ora düşmək çətinləşir.
Özəl klinikalar isə belə halda susur. Ümid qalır Heydər Əliyev Fonduna.
Aygün Musayeva