Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xalq artisti xəstəxanaya yerləşdirildi - Son durumu

  • 2025.01.20 09:16
  • 341 Baxış
Xalq artisti xəstəxanaya yerləşdirildi -  Son durumu

Azərbaycanın Xalq artisti Ənvər Həsənov xəstəxanaya yerləşdirilib.

Medicina.az xəbər verir ki, bu barədə aktyorun dostu Vasif Ayan sosial şəbəkə hesabında məlumat yayıb.

“Əziz dostum, gözəl aktyor, kinomuzun yaşayan əfsanəsi, Xalq artisti Ənvər Həsənov səhhətində yaranan ciddi problemlərə görə bir neçə gündür xəstəxanaya yerləşdirilib. Qızı Aytənlə əlaqə saxladım, Ənvər müəllimin vəziyyəti müalicə aldığı xəstəxanada qəfil pisləşmişdi. Hazırda müalicəsi həkim nəzarəti altında tam ciddi formada davam edir”, - o yazıb.

Qeyd edək ki, bir müddət bundan öncə Xalq artisti Ənvər Həsənovun səhhətində problemlər yaranmışdı.

TƏBİB-dən bildirilib ki, Xalq artisti Ənvər Həsənov yanvarın 10-da saat 10:15-də halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub.

Qeyd edilib ki, ona dəqiqləşdirilməmiş anemiya diaqnozu təyin edilib və ilkin zəruri tibbi xidmət göstərilib.

“Yanvarın 17-də tarixində vəziyyətinin ağırlaşması səbəbilə pasiyent Reanimasiya şöbəsinə köçürülüb. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub.

Yanvarın 18-də vəziyyəti stabilləşən xalq artisti tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülüb. Hazırda həmin şöbədə müalicəsi davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir”, - məlumatda bildirilib.