Xalq artisti xəstəxanaya yerləşdirilib
Tanınmış qoşanağara ustası, Xalq artisti Sadıq Zərbəliyev xəstəxanaya yerləşdirilib.
"Medicina" xəbər verir ki, o Xətai Tibb Mərkəzinin terapiya şöbəsində müalicə alır. Hazırda musiqiçinin vəziyyətinin yaxşı olduğu qeyd edilib.
Xəstəyə ürəyin işemik xəstəliyi, ağciyər-ürək çatışmazlığı, sağtərəfli plevro-pnevmoniya diaqnozu təyin edilib.
MEDİCİNA.AZ