Tarzən, Xalq artisti Ceyran Haşımova xəstəxanadan evə buraxılıb.
Medicina.az xəbər verir ki, bu barədə APA-ya Xalq artisti özü məlumat verib.
Onun sözlərinə görə, hazırda evdə müalicəsini davam etdirir.
Qeyd edək ki, C.Haşımova bir müddət əvvəl 1 saylı Kliniki Tibbi Mərkəzin Kardiologiya şöbəsinə yerləşdirilmişdi.