Xalq artisti, "M Teatr"ın bədii rəhbəri Vidadi Həsənov əməliyyat olunub.
Bu barədə Bakupost.az -a Xalq artisti özü bildirib:
"Bir ay əvvəl sol gözümdə problem yarandı. Demək olar ki, görmürdüm. Müayinə zamanı göz dibində "at nalı qopması" diaqnozu qoyuldu. Dünən isə "Caspian International Hospital"da təcrübəli cərrah Cahid Şahbazov gözümü əməliyyat etdi".
V.Həsənov dünən hospitalda gördüklərindən heyrətə gəldiyini bildiirb:
"Xeyli sayda tibbi personal peşəkarcasına və xüsusi qayğı ilə hər bir xəstəyə, eləcə də mənə diqqət göstərdi. Diaqnoz təyin olunandan sonra axşam saat 17.00-da əməliyyat başladı. Saat 19.00-da artıq evə buraxdılar. Bu gün səhər tezdən öz fəaliyyətimlə məşğulam. Özümü çox yaxşı hiss edirəm, sol gözümün görmə qabiliyyəti isə bərpa olunmaqdadır".
V.Həsənov əməliyyata görə doktor Cahid Şahbazova və onun komandasına təşəkkürünü bildirib.