Xalq artisti Naibə Allahverdiyevanın səhhətində problem yaranıb.
Medicina.az xəbər verir ki, aktrisa təcili olaraq xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.
Bu barədə Allahverdiyevanın həyat yoldaşı Baku.ws-ə açıqlamasında bildirib:
“Naibə xanım hazırda xəstəxanadadır. Sinəsindən əməliyyat keçirib. Plastik əməliyyat deyil. Vəziyyəti yaxşıdır”.
Xatırladaq ki, Xalq artisti uzun müddət idi ki, şiddətli bel və kürək ağrılarından şikayətlənirdi.