Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xalq artisti koronavirusa yoluxub, vəziyyəti ağırdır

  • 2022.08.31 11:28
  • 1672 Baxış
Xalq artisti koronavirusa yoluxub,  vəziyyəti ağırdır
Xalq artisti Ənvər Həsənovdan koronavirusla əlaqədar götürülən test analizinin nəticəsi pozitiv çıxıb.


Medicina.az xəbər verir ki, bu barədə qızı Aytən Həsənovabildirib.


Onun sözlərinə görə, atasının bir müddət əvvəl də koronavirus xəstəliyi keçirdiyi məlum olub.


"Hazırda vəziyyəti ağırdır və bir neçə gün əvvəl yerləşdiyi xəstəxanada müalicələri davam etdirilir", - A.Həsənova əlavə edib.


Qeyd edək ki, 72 yaşlı aktyor Ə.Həsənov "Yeddi oğul istərəm" filmində Cəlal, "Dərviş Parisi partladır" filmində Şahbaz, "Babək" filmində Tərxan, "Atları yəhərləyin" filmində Sirac, "Uşaqlığın son gecəsi" filmində Murad və başqa yaddaqalan obrazlar yaradıb.