Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xalq artisti koronavirusa yoluxdu: Xəstəxanaya yerləşdirildi

  • 2021.03.31 12:25
  • 2387 Baxış
Xalq artisti koronavirusa yoluxdu:  Xəstəxanaya yerləşdirildi

Xalq artisti Bəsti Cəfərova xəstəxanaya yerləşdirilib.

Medicina.az xəbər verir ki, bu barədə APA-ya qızı Fidan Cəfərova məlumat verib.

O, anasının COVID-19 testinin pozitiv çıxdığını və bu gün səhər “Yeni Klinika”ya yerləşdirildiyini deyib:

"Bir neçə gün idi ki, anamda hərarət, halsızlıq, ürəkbulanma var idi. İki gün əvvəl test verdi və cavab bu gün çıxdı. Hazırda xəstəxanadadır. Həkimlər səhhətinin stabil olduğunu deyirlər".
Xalq artisti koronavirusa yoluxdu:  Xəstəxanaya yerləşdirildi