Hər bir insanda bədənin müxtəlif yerlərində müxtəlif rəngdə və ölçüdə
xallar vardır.Xaııar insana gözəllik verdiyi kimi,həmçinin təhlükə də
yarada bilər. Xallar həm anadangəlmə, həm də qazanılmış ola bilər.
Medicina.az xəbər verir ki, xallar bir çox səbəblərdən yarana bilir: genetik faktor, hormonal
faktorlar, ultrabənövşəyi şua və s. Uzun müddət gün şüası xalların
yaranmasına və ya xalların dəyişməsinə səbəb ola bilər. Hər bir xal
müxtəlif səbəblərdən dəyişərək bədxassəli ola bilər.
Xal
Bu
balaca qəhvəyi nöqtələr dərinin rəngini təmin edən melaninin
yaradılmasına cavabdeh olan xüsusi növ hüceyrələrin – melanoçitlərin
artması nəticəsində əmələ gəlir. Bu kiçik ləkələr bədənin istənilən
yerində, istənilən yaş həddində meydana gələ bilər və onların bəziləri
vaxt keçdikcə yoxa çıxır. Baxmayaraq ki, bizi çox zaman qorxudurlar ki,
xallar asanlıqla xərçəng şişinə çevrilə bilər, onların əksəriyyəti
qorxusuzdur.
Adi balaca xallardan fərqli olaraq, bəzi xüsusi növ
xallar var ki, onlar dəridə menoçitopların yerləşməsinə bir-birindən
fərqlənir. Sərhəd xalları böyük olmayan, tünd rəngli və azacıq qabarıq olan xallardır. Bədənin bütün hissələrində əmələ gələ bilər.
Ağır
nevo-hüceyrə xalları
Tünd narıncı-qəhvəyi, kifayət qədər dərinin
üzərində qabarıq şəkil almış xallardır. Xaldan bəzən tüklər də yetişə
bilər. Belə xallar əsasən yeniyetmə yaşlarında meydana gəlir və 60
yaşına kimi yoxa çıxır. Əgər xalın yeri ağrayır və qaşınırsa, bu zaman
mütləq dermatoloqa müraciət etmək lazımdır – ola bilsin ki, təhlükəli
pozulma əmələ gəlib.
İntradermal xallar
Bu növə əsasən yaşlı insanlarda meydana gələn bütün xallar aid edilir.
Qalo
xallar
Dərinin solğun bir hissəsi ilə əhatə olunmuş xallar belə
adlanır. Xalın ətrafında belə bir solğun hissənin yaranması bir qayda
olaraq zərərsiz dəyişkənlikdir və pis heç bir şeydən xəbər vermir.
Monqol
xallar
Körpələrin dərisində əmələ gəlmiş böyük göy hissələr də xalın
bir növüdür. Bunlara çox az hallarda rast gəlinir və təqribən 5 yaşına
qədər həmin xallar bədəndən yox olur.
Çil
Günəş
şüalarının güclü təsiri nəticəsində əmələ gəlir. Belə ki, bu zaman
melanoçitoplar xeyli miqdarda piqment hasil etməyə başlayır. Çillərin
əmələ gəlməsinə görə narahat olmağa dəyməz. Bunlardan qorunmaq üçün
xüsusi günəşdən müdafiə kremlərindən istifadə etmək kifayət edər.
Lentiqo
Qəhvəyi rəngli hamar ləkələr. Günəş şüalarının təsiri altında əmələ
gəlir. Bir qayda olaraq yaşlı insanlarda əmələ gəlir. Əgər lentiqo üz
dərisində əmələ gəlir və diametri 2 santimetrdən yuxarı olursa, bu zaman
onun təhlükəli olma ehtimalı çoxdur.
Təhlükəli melanoma
Bu
ən çox yayılmış dəri xərçəngi xəstəliyidir. Bu xəstəlik doğurdan da
öncə sağlam olmuş xaldan əmələ gələ bilər. Belə ki, bu cür hallar ümumi
xərçəng xəstələrinin 50%-ində müşahidə edilir. Digər halların səbəbi isə
hələlik məlum deyil. Alimlər yalnız ehtimal edirlər ki, buna səbəb
dərinin DNT hüceyrələrinin ultra-bənövşəyi şüalanma ilə zədələnməsi ola
bilər.
Melanomanı necə tanımaq olar?
Xallar öz rəngini
və ya formasını dəyişdiyi andan dərhal ehtiyatlı davranmağa başlamaq
lazımdır. Əgər onun ətrafı əyri hal almağa başlayıbsa və ölçüsü
böyüyübsə, yaxşı olar ki, həkimə müraciət edəsiniz. Qaşınma və ya
qanaxma da ağır nəticələr verə bilər. Zərərli melanomanı rahatlıqla
cərrahiyə üsulu ilə aradan götürmək olar. Lakin, əgər artıq bu xərçəngə
çevrilsə və ya yayılma verməyə başlasa, bunun qarşısını almaq artıq
çətin olar.