Dünyaca məşhur yazıçı “Çərpələng Uçuran”, “Min möhtəşəm günəş”, “Və dağlardan səda gəldi” və “Dəniz duası” kimi məşhur romanların müəllifi Xalid Hüseyninin oğlu cinsiyyətini dəyişib.
Bakupost.az xəbər verir ki, əfqan yazıçı bu barədə öz feysbuk hesabında paylaşım edib.
“Mən bir ata kimi onunla qürur duyuram. İndi bir yox, iki gözəl qızım olduğu üçün şadam. Ən çox da Harisin qorxmazlığından, özünün əsl şəxsiyyətini dünya ilə bölüşmək cəsarətindən ilham alıram. Mən qızımı sevirəm. Ailəmiz kimi mən də onun hər addımında yanında olacağam”, - deyə Hüseyni bildirib.