Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xalçadakı çay ləkələrini yox edir - 1 yumurta kifayətdir

  • 2025.04.11 08:38
  • 427 Baxış
Xalçadakı çay ləkələrini yox edir -  1 yumurta kifayətdir

Xalça kimi həssas səthlərdə çay ləkələrini çıxarmaq çox çətin ola bilər.

Medicina.az xəbər verir ki, yumurta sarısı xüsusilə təzə çay ləkələri üçün təsirlidir.

Əvvəlcə yumurtanın sarısını ayırın. Yumurta sarısını bir az ilıq su ilə çalın. Qarışığın tutarlılığı ayran kimi olmalıdır.

Hazırladığınız qarışığı yavaşca çay ləkəsinin üzərinə tökün. Ləkəyə yumşaq bir parça ilə sürtərək tətbiq edin. 5-10 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyun və xalçanı təmiz bir parça ilə qurudun. Onun effektinə inanmayacaqsınız.

Aygün
Medicina.az