Revmatoloji səbəbdən böyrəyini itirmək təhlükəsi ilə üz-üzə qalan qadına xalası oğlu donor olub.
"Medicina" xəbər verir ki, əməliyyatı transplantoloqa Tariyel Nadirov icra edib.
"Revmatoloji bir xəstəlik səbəbilə xroniki böyrək çatışmazlığı yaranan və həftədə 3 dəfə dializ alan xəstə xalası oğlunun bağışladığı böyrəklə yenidən həyata qayıtdı. Bugünkü analiz nəticələrində xəstəmizin kreatin dəyərlərinin tam normala gəldiyini gördük. Donorumuzu bu gün, xəstəmizi isə bir neçə gün sonra evə göndərməyi planlayırıq. Sonda bu əməliyyatda əziyyəti keçən hər kəsə təkrar təşəkkür edirəm".
Aygün Musayeva
hansı xətəxanada?