Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xala, nənə, anada ginekoloji xərçəng varsa, o ailədə qızlar təhlükə altındadır, vaxtında yoxlanmalıdır – Türkiyənin tanınmış ginekoloqundan ilginc açıqlama

  • 2018.07.14 17:03
  • 23421 Baxış
Xala, nənə, anada ginekoloji xərçəng varsa, o ailədə qızlar təhlükə altındadır, vaxtında yoxlanmalıdır –  Türkiyənin tanınmış ginekoloqundan ilginc açıqlama
LİV Hospitalın ginekoloq-onkoloq cərrahı Eralp Başer

 


 


Bu yaxında Bakıda olan həkim xüsusi aksiya çərçivəsində 60-dan çox qadının ginekoloji müayinəsini apardı. Nəticələr necə oldu, Azərbaycanda hansı növ qadın xəstəlikləri daha çox yayılıb, onkoloji xəstəliklərin tam müalicəsi varmı kimi suallarımızı da cavablandırdı.

Medicina az. uzman ginekoloqun müsahibəsini təqdim edir:


-Həkim, burdakı USM müayinələrdə qadınlarımızda ən çox hansı problemlər görüldü?


-Daha çox menstruasiya pozulmaları, düzənsizlik, miomalar, uşaqlıq yolunun displaziyaları  – törəmədən öncəki durumlar var idi. Yumurtalıq kistlərinə də çox rastladıq.


-Bəs bir qadında gineloji onkologiyanın olmasını necə bilmək olar?

-Xəstəliyin onkoloji olub-olmadığını anlamaq üçün şübhəli bölgədən biopsi parçası alınmalıdır. Bu durumda hansı xəstədən biopsi alınmalıdır qərarını da dşüünüb verməliyik. Uşaqlıq ağzından – serviksdən biopsi almaq asandır. Amma yumurtalıqda olan kütlədən əməliyyatla biopsi oluna bilər. Ona görə yumurtalıqlardan endoskopik yolla biopsiya götürmək qərarını həkim çox düşünərək verməlidir ki, xəstəni boşuna əməliyyat etməsinlər.

Bu da həkimdən təcrübə istəyir. USM olunarkən gördükləri və həkimin düzgün yorumu, kistin yetişməsi, toxuması, dəyişməsi. Şübhəli kütlə varsa, MRT çəkilir, metastaz varmı-yoxmu dəqiqləşdirilir. 


-Gənc qadın və hələ uşaq sahibi olmayan qızların uşaqlıq və yumurtalıq onun ana olmaq şansını qoruya bilirsizmi?


-Əgər yumurtalığın birində şiş varsa, hətta metastaz olsa belə - əməliyyat edib, hər şeyi təmizləyib, bir yumurtanı alıb, digərini saxlayırıq. Sonra kimyaterapiya veririk. O tək yumurtalıqdan  hamilə qala bilər.  Əgər hər iki yumurtalıqda şiş varsa, o zaman yumurtalar götürülür, depolanır. Tam müalicədən sonra o yumurtalardan süni mayalanma ilə ana olma şansı var.


Serviks xərçəngində sadəcə uşaqlıq ağzının şiş olan hissəsini kəsirik, rəhim ağzını vaginaya birləşdiririk, uşaqlıq qalır. Yenə də tam normal, təbii yolla uşaq sahibi ola bilir. Uşaqlıq xərçəngində  isə kimyaterapiya və yüksək doz hormonal müalicə ilə şişin yayılmasının qarşısını ala bilirik. 

Hər xəstədə bunları edə bilmirik təəssüf ki. Gərək xəstəliyin erkən dövründə gəlsin. Bəlli kritereriyalar  da var. Xəstənin uşaq sahibi olmaq arzusunu nəzərə ala bilirik. 


-Uşaqlıq boynunun xərçənginə yoluxmamaq üçün bir peyvənd var. Onu Türkiyədə edirlərmi, həqiqətənmi tam zəmanət verirmi? 


-Var belə bir vaksin.,Türkiyədə 10 ildir olunur. Peyvənd uşaqlıq boynu xərçənginə səbəb olan papilomma virusuna qarşıdır. Amma bu peyvənd 100 faiz yox, 70% qoruma verir.  Qadınlarda ginekoloji orqanların xərçənginin vaxtında aşkarlanması üçün əsas tarama proqramları– skrininqlərdir. İldə 1 dəfə hər qadın keçməlidir. Şəhərlərdə yaşayanlar keçə bilir, amma ucqar kəndlərdə yaşayanlarda bu alınmır. Bu gün Türkiyədə skrininq proqramına başladıq. Bütün Türkiyə qadınlarını əhatə edən proqramda qadınlarda uşaqlıq boynunda papiloma virusunun olub-olmaması yoxlanılır. Bu da Türkiyədə uşaqlıq ağzı xərçənginin qarşısının alınması üçün mühüm rol oynayacaq.

 

Qadınlar PAP yaxma testi və HPV qan testi verilməlidir. Bu proqramlar sayəsində uşaqlıq boynu xərçəngini artıq az hallarda görürük. Azərbaycanda da qadınlar bu testlərdən keçməlidir. 


-Ginekoloji xərçəng növlərindən ən çox hansı yayılıb  və müalicəsi varmı?


-Türkiyədə ən çox rast gəlinən uşaqlıq- rəhim xərçəngidir. Endometrium xərçəngi anormal qanama olan zaman özünü göstərir, asanlıqla diaqnoz qoyulur, əməliyyatlar asan, uğurlu olur, xəstə həyatına davam edir, sağalır. Endometriya xərçəngi artıq bizim üçün qorxulu deyil.


Ən qorxulusu yumurtalıqların xərçəngidir.  Çünki 1ay  öncə tamam normal olan bir yumurtalıq 2 ay içində kütləyə tutula bilir. Yumurtalıqlar qarın boşluğunda geniş yerdə yerləşdiyinə görə hər hansı əlamət verənə qədər gec olur. Qarında böyümə, şişlik, ağrı, menstruasiya pozulması - əlamətlərini qadınlar gec fərqləndirir. Yumurtalıqlardan ətrafa metastaz da çox yayılır.

 

- Hansı yaşda qadınlar daha çox bu xəstəliyə tutulur?


- Xərçəngin yaş fərqi yoxdur. 19 yaşında bir yumurtalıq xərçəngi olan xəstəmiz vardı. Erkən mərhələdə idi, tək yumurtalıq aldıq, kimyaterapiya olundu, bu gün heç bir problemi yox. Ailə qurub, ana ola bilər. 


Yaşlı qadınlar da yumurtalıq xərçəngi olur. Yəni "menopauza  oldum, yumurtalığım çalışmır, məndə olmaz düşünməsi” yanlışdır. Yumurtalıq xərçəngi genetik ola bilər. Əslində normalda hər bir insanda gündə bir neçə xərşəng hüceyrələri yaranır. Bunlar da immunitet və xərçəng önləyici genlər tərəfindən öldürülür. Yaşlandıqca və bir çox səbəblərdən bu mexanizm zəifləyir, o zaman hüceyrələri n qarşısını almaq mümkün olmur və xərçəng yaranır.


Amma birinci yerdə genetika dayanır. Nənədə, xalada, anada varsa qızlar risk altındadır. Xəstə bunu qəbul edib, əvvəldən tədbirlər görməlidir.


-Xəstələr əməliyyatdan sonra nə qədər yaşayırlar?


-Əgər əməliyyat uğurlu olarsa,şiş və metastazlar tamam təmizlənərsə,uzun müddət yaşayırlar. Uumurtalıq xərçəngində sağ qalma və yaşama müddəti əməliyyat zamanı daxildə nə qədər şiş hüceyrəsi buraxdığımızdan asılıdır. Xəstəni gözümüzün gördüyü bütün şiş hüceyrələrindən təmizlədikdə çox uzun illər yaşayır. Əgər cərrahın təcrübəsi yetərsizdirsə, klinika və texnika şərtləri modern deyilsə, əməliyyat edəcək , amma tam təmizlənmə olmayacaqsa, kimyaterapiya alsa da xəstəlik bir müddət sonra qayıda bilər. Ona görə bu işdə cərrahın təcrübəsi önəmlidir. Cərrah və əməliyyat qrupu, heyəti professional olmalıdır. Çünki qarın boşluğu çox mürəkkəbdir, şiş hüceyrəsi çox yerə sıçraya bilər: bağırsaqlar, böyük arteriyalar, damarlar, qaraciyər, diafraqma- hər cərrahın müdaxilə edə bilmədiyi çətin bölgələr var. Biz əməliyyat zamanı məsləhətləşirik, digər cərrahlar da cəlb olunur. Ümumi cərrah, patoloq, onkoloqlar bərabər xəstəni analiz edirik. Artıq hansı əməliyyata girəcəyimizi dəqiqləşdiririk ki, hazırlıqlı olaq.

 

  Yumurtalıq xərçəngi cərrahiyyəsində açıq əməliyyat daha uyğundur. Laporoskopik uyğun olmaya bilər. 


-Çox doğum etmək, çox hamiləlik, abortlar – bunlar uşaqlıq və yumurtalıq xərçəngini oyada bilirmi?


-Endometrium xərçəngində  çox hamiləlik, abort elə də ciddi təsir etmir. Çox doğum etmək əksinə xeyirlidir. Nə qədər çox doğum edərsə, riski azalır. Xəstə artıq çəkili, piylidirsə, təzyiq, şəkəri varsa, hormonal müalicələr alıbsa endometrium xərçəngi riskini artıran faktorlardır. Qanaması çox olanlar diqqətli olmalıdır.  30 yaşından sonra hər bir qadın skrininqlərdən keçməlidir.

 

Nəsildə, ailədə ginekoloji xərçəng xəstəliyi olanlar isə daha erkən dövrdən profilaktik tərbirlər görməlidir. 

 

Xala, nənə, anada ginekoloji xərçəng varsa, o ailədə qızlar təhlükə altındadır, vaxtında yoxlanmalıdır –  Türkiyənin tanınmış ginekoloqundan ilginc açıqlama
Xala, nənə, anada ginekoloji xərçəng varsa, o ailədə qızlar təhlükə altındadır, vaxtında yoxlanmalıdır –  Türkiyənin tanınmış ginekoloqundan ilginc açıqlama