Dünya ölkələri pandemiya və epidemiya yarada biləcək şərti adı “X” olan xəstəliklərə indidən hazırlaşmalıdır.
“Medicina” xəbər verir ki, immunoloq Nikolay Kryüçkov bəşəriyyəti yeni pandemiyaların gözlədiyini bildirib.
“Hazırda bir neçə patogenlər var ki, perspektivdə insanlara keçib yayılarsa, pandemiya yarada bilər.
Xüsusilə yaxın illərdə koronavirus, hemorragik qızdırma, Zika, Napaha qarşı diqqətli olmaq lazımdır.
Mütəxəssislər X xəstəlik baş qaldırarsa qarşısını almaq üçün xüsusi mexanizm və dərman üzərində işləyirlər.
Davos forumunda insanlığın yeni pandemiya ilə üzləşəcəyi halda nə edəcəyimiz müzakirə olunacaq.
ÜST hesablayır ki, hələlik naməlum xəstəliyin koviddən 20 dəfə təhlükəli ola bilər.
Pandemiyaya real namizədlər quş qripi, Zika və Nipahdır.
Dövlətlərin səhiyyə qurumları arxayın olmamalıdır. İnsanlar isə sağlam həyat tərzi və immunitetin möhkəmlənməsinə nəzarət etməlidir”.
Aygün Musayeva