Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Whatsapp”da yayılan “donuz qripi” şayiəsinə - Səhiyyə Nazirliyindən reaksiya

  • 2019.01.16 18:46
  • 9780 Baxış
“Whatsapp”da yayılan “donuz qripi” şayiəsinə -  Səhiyyə Nazirliyindən reaksiya
 

 

Sosial şəbəkələrdə küləklə birlikdə Azərbaycana donuz qripi virusunun gəlməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil. 


Səhiyyə Nazirliyindən Medicina.az-a verilən məlumata görə, ölkəmizdə bu virus yayılmayıb.


Səhiyyə Nazirliyi nəzərə çatdırır ki, ümumtəhsil müəssisələrində dərslərin dayandırılması Ekologiya və Təbii Sərvətlər Nazirliyinin havanın kəskin şəkildə dəyişməsi barədə verdiyi xəbərdarlıqla əlaqəlidir: "Vətəndaşlardan xahiş olunur ki, təxribata uymasınlar. Ölkədə epidimioloji durum tam nəzarət altındadır”.