Vyetnamda koronavirusa yoluxma yeni daha şiddətli dalğaya keçib.
Dananq şəhəri və yanaşı əyalətlərdə naməlum daşıyıcıdan 4 yoluxma qeydə alınıb, həkimlər son 5 gündə yayılan bu tipin ölkədə olan koronavurus tipindən fərqləndiyini bildirib.
Medicina.az xəbər verir ki, yeni tip virus daha aqressiv olması ilə fərqlənir, daha sürətlə çoxalır və xəstələri ağır vəziyyətə salır. Bu tip virusa yoluxan 4 xəstədən 2-si İVL aparatındadır.
Qeyd edək ki, Dananq şəhərində yeni yoluxmaya qədər Vyetnam daxilində yoluxma 3 ay idi ki, qeydə alınmırdı.