TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun müvafiq əmrləri ilə qurumun tabeliyindəki bir sıra tibb müəssisələrinə yeni direktorlar təyin olunub.
TƏBİB-dən
Medicina.az -a verilən məlumata görə, Nizami Tibb Mərkəzinin direktoru vəzifəsinə həkim-terapevt Eldar Abbasov, Suraxanı Tibb Mərkəzinin direktoru vəzifəsinə həkim-oftalmoloq Aybəniz Saniyeva, Şabran Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə həkim-radioloq Səxavət Cəbrayılov, Naftalan Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə həkim-uroloq Samir Allahverdiyev təyin olunub.
Rəsmi məlumata görə, ötən gün Vüqar Qurbanov TƏBİB-də yeni təyinat alan direktorları qəbul edib.