Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Vulqar akne - Üzdə, boyunda yaranan səpkiləırin müalicəsi

  • 2025.02.12 10:24
  • 221 Baxış
Vulqar akne  - Üzdə, boyunda yaranan səpkiləırin müalicəsi



Vulqar akne -kombinə olunmuş qara və ağ qeyri-iltihabi civzəli iltihabi papula, pustula, düyüncüklər və/ və ya kistaların əmələ gəlməsilə xarakterizə olunan dəri xəstəliyidir.


"Medicina" xəbər verir ki, çox vaxt bu zədələnmələr üzdə və boyunda əmələ gəlir, lakin kürək, döş, bazu və sağrı nahiyələrində də rast gəlinə bilər.

Bunlar tük follikullarını və onların piy vəzilərini birləşdirən pilosebasey vahidi (tük follikulu, tükü qaldıran əzələ və piy vəzi) obstruksiyası və ya infeksiyalaşması nəticəsində əmələ gəlir.

Akne vulqaris və akne rozaseanı fərqləndirmək vacibdir, belə ki, akne rozaseaya dərinin quruluğu, komedonların olmaması, üzdə qızartılar, rinofimalar, oftalmoloji əlamətlər, teleangiektaziyalar və pik nöqtəsinin 40-70 yaş arasına təsadüf etməsi xasdır.

Vulqar aknenin pik dövrü, adətən, pubertat dövrə təsadüf edir, lakin körpələrdə və böyüklərdə (10%-20%), eləcə də, gənc qadınlarda menstruasiya zamanı əmələ gələ bilər.

Dəri piyinin istehsalının artması, aknenin propion bakteriyalarının (P. acnes), simbiotik anaerob dəri bakteriyalarının yayılması iltihab prosesinə təkan verir. P.acnes-in ifraz etdiyi lipaza triqliseridləri follikul divarını qıcıqlandıran sərbəst yağ turşularına qədər parçaladıqda papulalar əmələ gəlir; pustulalar isə P.acne follikul daxilində iltihab törətdikdə yaranır.

Düyüncüklər və kistalar yumşaq toxumaların davamlı iltihabından sonra ikincili əlamət olaraq inkişaf edir; fiziki manipulyasiyalar (məs., tez-tez dərinin pilinqi) follikulları partladır, nəticədə sərbəst yağ turşuları, bakteriyalar və keratin toxumalara düşür.

Vulqar aknelərin etiologiyasında həm endogen, həm də ekzogen faktorlar iştirak edir. Müşahidələrə əsasən, vulqar aknelərin əmələ gəlməsində genetik faktorların mühüm rolu var. Dəri piyi ifrazını artıran və keratinositlərin proliferasiyasını stimulə edən androgenlərin kəskin yüksəldiyi pubertat dövr təkanverici mexanizm sayılır.

Prepubertat dövrdə olan qızlarda komedonların sayı qanda dihidroepiandrosteron sulfatın səviyyəsi ilə düz mütənasibdir. Vulqar aknelərin əmələ gəlməsində rolu olan digər hormonlara boy hormonu və insulinəbənzər boy faktoru aiddir.

Digər triggerlərə mikrotravmalar, (məs., baş geyimləri, sərt korsetlər, idman dəbilqələri) və ya xaricə istifadə edilən vasitələr, o cümlədən, kosmetik vasitələr və sənaye tullantıları aiddir. Müəyyən medikamentlər: sistemli kortikosteroidlər, hamiləlikəleyhinə həblər (əsasən də tərkibində androgen stimulyatoru olanlar, noretisteron), litium, izoniazid, androgen steroidlər, halogenlər, fenitoin, və fenobarbital da vulqar aknelərin əmələ gəlməsinə və pisləşməyə səbəb ola bilər.

Hamiləlik və ya menstrual tsikl zamanı baş verən dəyişikliklər (yumurtalıqların polikistozu və digər hormonal dəyişikliklər) vulqar aknelərin əmələ gəlməsinə və kəskinləşməsinə səbəb ola bilər. Akne vulqarisin etiologiyasında pəhriz faktorunun rolu mübahisəli olsa da, müşahidələr meyilli insanlarda piylənmənin, yüksək qlikemik indeksli qidanın, eləcə də, süd məhsullarının rol oynadığını göstərir.

Akne vulqarisin ən çox yayılmış ağırlaşması- iltihab sonrası piqmentasiya, çapıqlar, o cümlədən, hipertrofik və keloid izlərdir. Az iltihablaşmış və ya iltihablaşmamış aknelər, adətən, iz qoymadan sağalır. İltihablaşmış aknelər isə çox vaxt sağaldıqda şapıq izi qoyur. Çapıq və aknelərin əmələ gəlməsi yeniyetmələr üçün emosional stress faktoru ola bilər. Şarabənzər aknelər aknenin nadir və kəskin forması hesab edilir.

Bunlar mövcud aknelərin proqressiv ağırlaşması və ya bir necə il latent halda olmuş vulqar aknenin kəskinləşməsi nəticəsində əmələ gəlir. Bunlara eybəcərliyə gətirə bilən, dərində yerləşən, bir-birilə əlaqəli dərialtı absses və çapıqlar xasdır.

Əvvəldən yumşaq olan aknenin sıxılması və üstünün qoparılaraq çıxarılması, acne excoriee adlanan nevrotik ekskoriasiyaya gətirib çıxarır; buna səbəb isə psixopatoloji amil və ya vərdişin formalaşmasıdır. Bu, çox hallarda pasiyentlərin üzündə dərin çapıq izlərinin qalması ilə özünü göstərir.

Akne vulqarisin terapiyasında məqsəd dəri zədələnməsinin, çapıqlaşmanın qarşısını almaq və residivin yaranmaması üçün psixopatoloji faktorları tənzimləməkdir. Bu terapevtik effektlərə nail olmaq üçün biotənzimləyici və təbii tərkibli preparatlar təhlükəsiz və effektli vasitə hesab olunur.


Dəri xəstəliklərində qaraciyərin müalicəsi çox vacibdir, belə ki, P450 sisteminin detoksikasion fermenti qaraciyər və dəridə eynidir. Əgər qaraciyər həddən artıq yüklənibsə, dəri yükü öz üzərinə götürür. Hepeel bu müalicənin əsas hissəsi hesab olunur.


Hepeel N50

Standart doza: 2 yaşdan kiçik: 1 tab -gündə 1 dəfə;
2-5 yaş: 1 tab- gündə 1-2 dəfə;
6 -11 yaş: 1 tab- gündə 2 dəfə

12 yaşdan yuxarı uşaqlar və böyüklər: 1 tab- gündə 3 dəfə, yeməkdən 30
dəqiqə əvvəl və ya 1 saat sonra, dilaltı

Kəskin və ya başlanğıc doza: 2 yaşdan kiçik: 1 tablet hər 1 yaxud 2 saatdan bir, gündə 4 dəfəyə qədər, sonra standart doza ilə davam etdirilir.

2-5 yaş: 1 tablet hər 1 yaxud 2 saatdan bir, gündə 6 dəfəyə qədər, sonra
standart doza ilə davam etdirilir.

6-11 yaş: 1 tablet hər 1 yaxud 2 saatdan bir, gündə 8 dəfəyə qədər, sonra
standart doza ilə davam etdirilir.

12 yaşdan yuxarı və böyüklər: 1 tablet hər 1 yaxud 2 saatdan bir, gündə 12
dəfəyə qədər, sonra standart doza ilə davam etdirilir.