Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Вu restoranda 100 ildir burgerlər eyni yağda bişirilir

  • 2025.01.06 20:46
  • 495 Baxış
Вu restoranda 100 ildir burgerlər eyni yağda     bişirilir


ABŞ-ın Tennesi ştatında Elmer Dayerin açdığı özəl «Dyer’s Burgers» restoranının 100 yaşı var.


“Medicina” xəbər verir ki, Elmer öz burgerlərinin dadlı olması üçün sirli bir ədviyyat qarışımı hazırlamışdı.


Burgerlər həqiqətən dadlı idi. Amma bir gün aşpaz iri çuqun tavanı yumur və səhəri dünəndən qalan yağlı tavada burgerlər hazırlanır. Lakin qəribəsi odur ki, həmin gün bütün müştərilər burgerlərin dadından danışıb və ömürlərində belə burger yemədiklərini bildiriblər.


O vaxtdan həmin restoranda burger kotletləri hazırlanan iri tavalar yuyulmur. Elə köhnə yağ izləri qalan tavada yeni günün burgerləri hazırlanır. Düzdür sahib müştəriləri bu barədə xəbərdar edir. Beləcə bütün burgerlər 1912-ci ildən tavada qalma yağ molekullarında hazırlanmış olur.

Aşpazlar sadəcə dünənki yağı süzür,Ə amma tavanı yumurlar. Maraqlıdır ki, burgerlərin dadı dəyişmir və o tarixi yağ qalığı isə heç itmir.


Aygün Musayeva