Türkiyəli məşhur müğənni Volkan Konak 58 yaşında vəfat edib.
Medicina.az xəbər verir ki, sənətçinin Şimali Kipr Türk Respublikasında konsert zamanı səhhəti qəfil pisləşib.
Mağusa dövlət xəstəxanasına çatdırılan Volkan Konakın həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Volkan Konak Kıbrısda konsert zamanı səhnədə huşunu itirib.
Müğənniyə səhnədə ilkin tibbi yardım göstərilib. Ona səhnədə 10-15 dəqiqə ürək masajı edilib.
Konserti yarımçıq qalan Konak xəstəxanaya yerləşdirilib. İfaçının infarkt keçirdiyi ehtimal edilir.