Sentyabrın 21-də Gəncə şəhərində "VMR Estetik" klinikasında mədə kiçiltmə əməliyyatı keçirən və həmin klinikada müalicə alan, Gəncə şəhər sakini 1993-cü il təvəllüdlü G.Bayramova sentyabrın 28-i ölüb.
Medicina.az unikal-a istinadla xəbər verir ki, faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.