Azərbaycanda Bioloji Təbabət klinikası azyaşlı uşaqları qrip və virus xəstəliklərindən qorumaq üçün xüsusi peyvənd inyeksiyası hazırlayıb. İnyeksiyanın tərkibində Almaniya istehsalı yüksək keyfiyyətli orqanizmi qüvvətləndirici və müdafiəedici preparatların qarışımı yer alıb.
Uşaqlara soyuq aylar başlayanda oktyabrdan – fevrala kimi hər ay vurulan inyeksiyanın heç bir əks təsiri yoxdur.
Klinikanın həkim pediatrı Fidan Əliyeva bu peyvəndi etdirən uşaqların növbəti ildə belə xəstələnmədiyini qeyd etdi:
"1 yaşdan 12 yaşa kimi uşaqlar üçün nəzərdə tutulan peyvənd əsasən qripi ağır keçirən, zəif, astma tutmalı uşaqlar, təkrar qripə yoluxan, öskürən, qripdən sonra ağırlaşmalar verən uşaqlar üçün nəzərdə tutulub. Uşaq orqanizmi tərəfindən rahatlıqla qəbul olunur.
Bizim pasiyentlər arasında bu iynəni 6 ay vurduran uşaqlar var ki, sonrakı ildə heç bir dəfə də qripə yoluxmayıb. Xəstələnsə də yüngül keçirib.
Südəmər uşaqlar üçünsə peyvənd anaya vurulur, sonradan süd ilə uşağa bu maddələr keçəcək.
Amma bu peyvənddə şərt cədvələ dəqiq riayət etməkdir. Hər ay eyni tarixdə 6 ay olmaqla mütləq təkrar vurulmalıdır”.
Həkim pediatr peyvənddə istifadə olunan bioloji preparatların adlarını çəkərək qeyd etdi ki, valideynlər bu preparatları özləri aptekdən alıb, qarışdırıb, uşağın əzələ daxilinə vurdura bilər.
Engystol +quentakehl +traumeel+vit b sanun +qripp heel+utilin = qarışdırılıb əzələyə vurulur. Həmin gün 1 kapsul Thmokehl səhər acqarına içilir.
Əgər ana hesab edirsə ki, 10 qramlıq şpris çoxdur, o zaman 5 qram bir sağrıya, 5 qram digər sağrıya vurula bilər.
Əgər övladınızın qrip və onun ağırlaşmalarından əziyyət çəkməsini istəmirsizsə, onları soyuq aylarda bu peyvənd ilə müdafiə altına alın.
•Bakı,: 3 mkr., Pişəvari 110 (Cavadxan küç 24), Memar Əcəmi metrosunun yaxınlığında
•Tel.: (012) / (050) / (055) / (070) 430 89 89