Əgər sizə tez-tez "hər cəhətdən anana oxşamısan” sözləri ünvanlanırsa,inanmayın. Ona görə ki, övladlar, əsasən də qız uşaqları analarından çox atalarına bənzəyirlər.
Bundan əlavə, ehtimal var ki, uşaq mayalanana qədər atanın keçirdiyi həyat tərzi, qidalanması, uşağın gələcək sağlamlığında öz əksini tapır.
Medicina.az körpəyə hansı əlamətlərin anadan, hansılarının isə atadan keçdiyi haqda məlumat verir.
Uşaqlar xarici quruluşlarında olan bir çox əlamətləri valideynlərindən irsən alırlar. Bunlar əsasən aşağıdakılardır:
1) Uşağın cinsiyyəti
Uşağın hansı cinsiyyətdə doğulacağı birbaşa atadan asılıdır. Uşaq anadan həmişə X xromosomu, atadan isə ya X ya da Y xromosomu alır. X xromosomu aldıqda uşağın cinsiyyəti qız, Y xromosomu aldıqda isə uşağın cinsiyyəti oğlan olur.
2) Dişlərin vəziyyəti
Bu halda uşaqda daha çox atanın genləri dominantlıq edir. Əgər atanın dişləri əyridirsə o zaman uşağın da prikusunda əyriliklərin olacağı dəqiqdir.
3) İntellekt
İntellektə cavab verən genlər X formalı xromosomlarda yerləşir. Buna görə də, demək olar ki, oğlan uşaqlarına intellekt analarından keçir. Qızlar isə hər iki valideynindən eyni dərəcədə intellekt ala bilər.
4) Psixi xəstəliklərə meyllik
Yaş keçdikcə kişilərdə spermanın keyfiyyəti azalır. Buna görə də, yaşlı kişilərin övladlarına mutasiya olunmuş gen ötürmə ehtimalı çox olur. Bu isə uşaqda psixi xəstəliklər, autizm, hiperaktivlik, biopolyar pozulma kimi problemlərin meydana çıxmasına səbəb olur.
Ürəyin işemik xəstəliyindən əziyyət çəkən güclü cinsin nümayəndələri bu xəstəliyi oğullarına ötürməkdə meyllidirlər.
5) Köklüyə meyllik
Köklüyə meyllik və əksinə arıqlıq genetik ötürülən əlamətdir. İnsanlarda çəki və bel çevrəsi 25 % hallarda genetik ötürülür. Piylənmədən əziyyət çəkən insanlarda isə bu rəqəm 75–80 %-ə çatır. Arıqlığa meyllik isə irsi olaraq köklüyə baxmış daha az ötürülür.
6) Boy
Uşağın gələcəkdə hansı hündürlükdə olacağı anadan deyil atadan asılı olur. Ümumilikdə götürüldükdə isə uşağın boyu 60-dan 80 %-dək atadan aldığı genlərin, yerdə qalan 20%-i isə həyat tərzi, qidalanması və sağlamlığından aslı olur.
Gələcək uşağınızın hansı boyda olacağını bilmək üçün 2 üsul var:
Əgər övladınız oğlandırsa o zaman ananın boyunu atanın boyu ilə toplayın. Daha sonra alınan rəqəmin üzərinə 13 sm əlavə edin. Alınan rəqəmi 2-yə bölün. Alınan hündürlük sizin oğlunuzun boyunun uzunluğunu əks etdirir.
Əgər övladınız qızdırsa, onda ana ilə atanın boylarının cəmində 13 sm çıxın. Alınan rəqəmi 2-yə bölün. Bu rəqəm sizin qızınızın boy uzunluğunu əks etdirir.
7) Göz rəngi
Qəhvəyi göz rəngi dominant hesab edilir. Buna görə də, valideynlərdən birinin (əsasən də atanın) gözləri tünd rəngdədirsə, ananın gözləri isə mavi və ya yaşıldırsa o zaman uşaq tünd olacaq. Amma uşağın rəngli gözlərlə doğulma şansı az da olsa var. Mavi və yaşıl göz rəngi ressesiv əlamətdir. Amma mavi yaşıl rəngə nisbətən daha dominant hesab edilir.
Bundan başqa hər iki valideynin gözlərinin mavi olmasına baxmayaraq uşaqlarının tünd göz rəngi ilə doğulma ehtimalı da var.
8) Buruq saçlar
Buruq saçlar çox gözəl görünür. Hər bir ana istər ki, övladının saçları buruq olsun. Amma buruq saçlılıq geni dominant olsa da, onu valideynlərdən almaq bəs etmir. Belə ki, əgər hər iki valideynin saçları buruqdursa, o zaman uşağın da saçları buruq olacaq. Əksinə hər iki valideynin saçları düzdürsə o zaman uşağın da saçları düz olacaq. Əgər valideynlərdən biri buruq, digəri düz saçlara malikdirsə o zaman uşağın saçları dalğalı olacaq.
Arzu
Medicina.az