Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Övladınızın ağzından pis qoxu gəlir? - Halitozun 8 səbəbi

  • 2019.01.25 10:39
  • 2809 Baxış
Övladınızın ağzından pis qoxu gəlir? -  Halitozun 8 səbəbi
 

Halitoz adlandırılan pis ağız qoxusu uşaqlarda da müşahidə edilir. Fizioloji və patoloji olmaqla 2 cür olan pis ağız qoxusunun səbəbləri vaxtında aşkarlanaraq müalicə edilməlidir. 


Medicina.az bildirir ki ağız qoxusunun bir çox səbəbləri var. Bura uşağın qəbul etdiyi mayenin miqdarı, ağız və burun florası, ağız gigiyenası, hormonal təsir, yuxu rejimi və s kimi amillər daxil edilə bilər.  


Bunlardan əlavə pis ağız qoxusuna səbəb olan vacib 8 səbəb var: 


1. Fizioloji ağız qoxusu: Səhər oyandıqda meyda acıxan ağız qoxusu ağız suyunun azlığı, dehidratasiya, bəzi vitamin-mineral əskikliyi və aclıq səbəbindən meydana gələ bilər. 


2. Ağıziçi səbəblərdən yaranan ağız qoxusu: Dilin üstündəki tüpürcək, bakteriya, epitel hüceyrələri və qida artıqları birləşərək pis ağız qoxusuna səbəb ola bilər. Diş əti iltihabı, ağız içi infeksiyalar, ağız quruluğu, diş xəstəlikləri, diş çürükləri və yumşaq damaq xəstəlikləri bura aiddir. 

 

3. Nəfəs yolu problemlərindən yaranan ağız qoxusu: boğaz infeksiyaları, badamcıq iltihabı, boğaz iltihabı, badamcıq daşları, sinuzit, burun iltihabı, xroniki burun tıxanıqlıqları, burun axıntısı, nəfəs yolunda olan yad cisimlər, ağciyər infeksiyası. 


4. Sistemik xəstəliklər səbəbindən yaranan ağız qoxusu: Diabet, diabetik koma, metabolik xəstəliklər, zəhərlənmələr, qan xəstəlikləri, böyrək çatışmazlığı. 


5. Mədə-bağırsaq sistemi ilə əlaqədar  yaranan ağız qoxusu:  Refluks xəstəliyi, yemək borusunda olan divertikullar, yemək borusundaki darlıqlar, mədə çıxışı darlıqları, bağırsağın soruculuğunda olan qüsurlar, qaraciyər çatışmazlığı, helicobakter pilori infeksiyası və parazitar xəstəliklər. 


6. Bir sıra dərman istifadəsinə bağlı olaraq ağızdan pis qoxunun gəlməsi mümkündür. 


7. Qida və içkilər səbəbindəın yaranan ağız qoxusu: Soğan, sarımsaq, kələm, turp, alkoqol, qəhvə, süd məhsulları.


8. Bakteriyalar: Uçucu kükürd biləşmələri, üzvi birləşmələr və azotlu birləşmələr ifraz edən bakteriyaların ağızda çoxalması pis ağız qoxusuna səbəb olur. 


Arzu

Medicina.az