Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Övladınızı çıldağa yox, bu aparata aparın – Uşağın davranış, nitq, zehni problemləri üçün aparat

  • 2018.11.26 17:29
  • 27138 Baxış
Övladınızı çıldağa yox, bu aparata aparın   – Uşağın davranış, nitq, zehni  problemləri üçün aparat
Transkrainal Mikropolyarizasiya – Beyin hüceyrələrinə impulslarla təsir metodu olub, beynin problemləri zonalarına uyğun olaraq elektrodlar qoyulur və 20 dəqiqə impulslar ötürülməsidir.  Elektrodlar steril yastıqcıqlarla başa yerləşdirilir və cihaz qoşulur. Uşaq heç bir energetik təsir, ağrı və gizilti hiss etmir.


Bioloji təbabət klinikasında fəaliyyət göstərən bu kabinet və metod barədə uşaq nevroloqu Röyanə Quluzadə Medicina.az-a məlumat verib. Həkim bildirdi  ki, uşaqlarda proses nə qədər yüngüldürsə və müalicə nə qədər tez təyin olunursa, effekt və müalicə bir o qədər qısa müddətdə əldə olunur.


Transkrainal Mikropolyarizasiya hansı problemlərdə məsləhətdir:


-          Nitq zəifliyi, gec danışma


-          Anlama, qavrama zəifliyi


-          Anlamanın zəifliyi


-          Yaddaş zəifliyi


-          Serebral iflicli uşaqlarda hərəki zonanın zədələnməsi


-          İnkişaf zədələnmələri


-          Böyük insanlarda nevrozlar,  yuxusuzluq, yaddaş pozulması


-          İnsultdan sonrakı nitq və hərəkət pozulmalarında təyin edilir


Bu metodla müalicənin uyğun olub-olmamasını həkim nevroloq müayinələrlə dəqiqləşdirir. Beyində zədələnmə varsa, çox effektiv metoddur.


Məsələn, 3 yaşlı bir pasiyentimizdə heç bir yanaşı ağır patologiya yox idi, sadəcə nitqi inkişaf etmirdi, danışmırdı. O uşaqda biz 8 prosedurdan sonra effekt əldə etdik, danışmağa başladı. Əslində isə kurs 20 prosedura kimi davam edir.


Aparat beynin yatmış, gec oyanan, geridə qalan zonalarını sanki " oyadır” və baş verməli prosesi yoluna qoyur.  Beynin sanki öz işini, nə etməli olduğunu " xatırlayır”.  


Anlama, qavraması olmayan, zəif inkişaf edən uşaqlarda beynin anlama mərkəzi ilə işləyirik. Bu uşaqlarda 2 kurs sonra nəticə almışıq. Yəni bu prosedur istənilən halda müsbət effekt göstərir.


Bu müalicə dərman mülaicəsi ilə yanaşı da aparılır. Amma ola bilər ki, uşağa dərman lazım olmasın, elə bu prosedurlarla problem aradan qalxsın.


Nevrozlarda, tiklərdə, həyəcanı, qorxusu, fobiyası olan uşaqlarda- elə uşaq var dərs danışmağa çıxa bilmir, həyəcanlanır, insanlar arasına çıxmır, özünə qapanır – bu uşaqlarda oyanma ilə qıcıqlanma arasında balans pozulmuş olur deyə, biz bu metodla o balansı tənzimləyirik”.


Belə anlamaq olar ki, bu aparat və müalicə anaların uşaq narahat olan zaman, qorxusunu götürmək üçün üz tutduğu, el arasında dəbdə olan çıldağı tamamilə əvəz edə bilər. Həm də çıldaq türkəçarə, bu müalicə isə tibbi və elmi əsası olan metoddur. Odur ki, analar, övladınızda bu kimi problemlər olduqda dərhal Bioloji Təbabət kilnikasında olan Transkrainal Mikropolyarizasiya prosedurunu xatırlayın.


"Hər hansı səbəbdən kəkələməsi olan uşaqlarda kəkələməni, istənilən qorxunu aradan qaldırır. Eləcə də son dövrlər geniş yayılmış hiperaktiv uşaqlarda həddən artıq qıcıqlanmanı aradan götürür. Valideynlər özləri etiraf edir ki, prosedurdan sonra uşaq rahat yatmağa  başlayıb. Hətta dərman müalicəsindən öncə bu proseduru sınamağı tövsiyyə edərdim.

 



Serebral iflicdə birtərəfli hissiyatsızlıqda, parezlərdə təkcə reabilitasiya ilə birgə bu metodu tətbiq etmişik və çox gözəl nəticələr almışıq. Eləcə də autizmli uşaqlarda nitq, qavrama, anlama və hiperaktivliyi, yayğınlığı bir qədər aradan qaldıra bilir.


Düzdür, çox nevroloqlar bu prosedur haqqında valideynləri məlumatlandırmır. Amma biz bacardığımız qədər bu yöndə geniş maarifləndirmə aparırıq.  Həm də bu  metod nevroloqun da işini yüngülləşdirər, xəstə qısa müddətdə müalicə alar. Universitetə hazırlaşan, imtahan ərəfəsi tələbələrdə beyin yorğunluğu, həyəcan, yaddaş pozulmasında da yaxşı effekt verir.  Çox oxuyan, hazırlaşan gənclərdə beyin artıq dolur, sönür və informasiya qəbul etmir. Bəzən olur ki, valideyn övladını gətirir, effektini görüb, özü də müalicə alır.


Bir əks göstərişi var: əgər uşaqda həmin beyin nahiyəsində epilepsiya ocağı varsa, bu aparat olmaz”


3 mkr., Pişəvəri 110 (Cavadxan küç 24), M. Əcəmi m.st. yaxınlığında;


Ətraflı məlumat üçün: (+994 12) 430 89 89; (+994 50) / (+994 55) / (+994 70) 430 89 89;

Övladınızı çıldağa yox, bu aparata aparın   – Uşağın davranış, nitq, zehni  problemləri üçün aparat