Havalar soyuduqda əksər insanlar immuniteti gücləndirmək məqsədi ilə vitamin qəbul edir. Mütəxəssislər bu məsələdə diqqətli olmağı tövsiyyə edirlər. Çünki vitaminlər də zəhərlənməyə və ağır fəsadlara səbəb ola bilər.
Medicina.az xəzər xəbərə istinadən bildirir ki, vitamin preparatları zəhərlənməyə səbəb ola bilər. Kiliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun sözlərinə görə, ilin əvvəlindən bu günədək dərmandan zəhərlənmə ilə əlaqədar 112, dərman qəbulu zamanı yaranan kəskin allergik reaksiyalarla bağlı isə 46 nəfər mərkəzə müraciət edib. Şöbə müdiri deyir ki, havalar soyuduqda əksər insanlar immuniteti gücləndirmək məqsədi ilə vitamin qəbul edir. Vitaminlərin dozadan artıq qəbulu orqanizmdə fəsadlar yarada bilər.
Azər Maqsudov bildirir ki, vitaminlərin qəbulunda da həkim nəzarəti və məsləhəti vacibdir.
Preparatı qəbul etdikdən sonra hər hansı narahatlıq yaranarsa, bu zaman da mütləq həkimə müraciət edilməlidir, çünki vaxtında müdaxilə edilməmsi daha ağır nəticələrə səbəb ola bilər.