Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Vitaminləri günün hansı saatında qəbul etmək lazımdır? - Professor AÇIQLADI

  • 2024.07.04 20:00
  • 890 Baxış
Vitaminləri günün hansı saatında qəbul etmək lazımdır? -  Professor AÇIQLADI
Sağlamlığımızı təmin etmək üçün istifadə edilən vitaminlər, minerallar və qida əlavələri də dərmanlar kimi günün müəyyən saatında qəbul edilməlidir.

Prof. Dr. Osman Müftüoğlu qida əlavələrinin nə zaman istifadə edilməli olduğunu tək-tək izah edib.

Medicina.az xəbər verir ki, professor vitaminlərin qəbul edilmə vaxtının böyük fərq yarada biləcəyini bildirib.

Adətən vitaminlərin səhər yeməyindən və ya günə başlamazdan əvvəl istifadə edilməli olduğu düşünülür. Bu, bəzi vitaminlər üçün doğru olsa da, hamısı üçün keçərli deyil.

Osman Müftüoğlunun sözlərinə görə, dəmir, selen, jenşen, kollagen peptid, xrom əlavələri və maqnezium teonat səhərlər qəbul edilməlidir. Həkimlər adətən bu əlavələri səhər yeməyindən əvvəl, acqarına qəbul etməyi məsləhət görürlər.

Səhər saatlarında istifadə edilən vitaminlərin bir qismi isə yeməkdən sonra istehlak edilməlidir. Buraya D vitamini, maqnezium malat, Omeqa-3, koenzim q10, K2 vitamini, sink daxildir.

Proffesorun sözlərinə görə, axşamlar yeməkdən sonra qəbul edilə bilən vitaminlər kalsium sitrat, maqnezium sitrat, maqnezium malat və maqnezium glisinatdır.

Yatmazdan əvvəl istifadə edilməli olan əlavələrə isə melatonin, valerian, passiflora daxildir.


Aysel