Bioloji əlaqə qidaların (BAD) yəni multivitaminlərin xərçəngdən qoruması barədə elmi sübutlar yoxdur.
Bakupost.az xəbər verir ki, alimlər sağlam adamlara vitamin, qida əlavəsini qəbul etməyi tövsiyə etmir.
Əgər siz hamilə deyilsizsə, kəskin vitamin çatışmazlığınız yoxdursa, profilaktik məqsədlə vitamin almağa dəyməz. Bu boşuna pul itkisindən başqa bir şey deyil.
Sağlamlıq və ağır xəstəliklərdən sizi qoruyacaq sehrli möcüzə tablet yoxdur.
Normal sağlamlığı olan insanlar sadəcə düzgün qidalanmalı, meyvə-tərəvəz yeməli, fiziki aktiv həyat keçirməlidir.
ABŞ-ın Qərb universiteti 84 elmi işi metanaliz edərək, BAD-ların onkoloji və ürək-damar xəstəliklərinin qarşısını alması barədə inandırıcı elmi sübut tapmayıblar.
Xüsusilə beta karotinli bioəlavələri qəbul etmək tövsiyə olunmur, çünki yüksək dozalı E vitamini ağciyər xərçəngini artırır.
Meyvə-tərəvəzlər mövsümündə unikal vitamin mənbəyidir, onlarda müxtəlif birləşmələr var və qidalar kompleks şəklində işləyir. Orqanizm tərəfindən tam mənimsənilir, heç bir zərəri yoxdur.
Hamiləlik planlayanlar, uşaqlar, müəyyən defisiti olanlar analizlərlə sübut olunubsa həkim təyini ilə bəzi vitaminləri qəbul etməlidir.
Aygün Musayeva