Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Vitamin və BAD-lar erkən ölümdən qorumur, çoxu faydasızdır – ALİMLƏR

  • 2019.07.10 16:15
  • 5728 Baxış
Vitamin və BAD-lar erkən ölümdən qorumur, çoxu faydasızdır –  ALİMLƏR
ABŞ-ın bir neçə nüfuzlu universitetlərinin alimlərinin apardıqları elmi araşdırmaların nəticələri Annals of İnternal Medicine dərgisində çap olunub və mütəxəssislər vitamin, antioksidant, dəbdə olan BAD-ların sağlamlığa müsbət təsiri və erkən ölümə qarşı təsirinə skeptik yanaşma sərgiləyiblər.


Medicina.az xəbər verir ki, son tədqiqatda alimlər 227 araşdırma, kliniki sınaq və 24 eksperimentin nəticələrini analiz edib. Bioloji aktiv qida əlavələriin, sintetik vitaminləri, müxtəlif pəhrizlərin və trend BAD-ların milyonlarla insana təsirini təhlil ediblər. 


Nəticə olaraq bəyan edilib ki, qlobal masştabda qəbul edilən qida əlavələri, vitaminlər – B, A, C, E, D, miltivitaminlər, dəmir, selen, antioksidantlar erkən ölümə qarşı, ürək-damar xəstəliklərinin yaranmamasına qarşı  heç bir təsir göstərmir. Eləcə də yağdan imtinanı təklif edən dietalar da insanları bu səbəblərdən ölümdən xilas edə bilməyib.


Təkcə Omeqa -3, balıq yağı və fol turşusu insult, infarktdan az da olsa qoruyur.

Kalsium ilə vitamin D birgə qəbulu insult riskini artırır. Qidada duzu azaltmaq ürək-damar səbəbindən erkən ölüm riskini azaldır, həmçinintəzyiqi normada saxlamağa kömək edir. 


Dünyada 35% insan hər gün özləri və ya həkim məsləhəti ilə müxtəlif vitaminlər, super gücə malik antioksidantlar, BAD-lar alıb qəbul edir. Hazırda bu məhsulların bazarı ildə 6% artaraq, 37 milyard dollar gəlir gətirib. 


Mütəxəssislər vitamin, maddələrin, antioksidantları təbii qidalardan əldə etməyə çağırır. Heç bir sintetik vitamin təbii vitamini əvəz edə bilməz.