Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Vitamin D analizini vermək boşuna pul itkisidir – Həkim

  • 2023.11.20 19:15
  • 12241 Baxış
Vitamin D analizini vermək boşuna pul itkisidir  – Həkim

İndi dəbdə olan bəzi analizlərin heç də hamısı diaqnoz üçün vacib deyil.

Bir çox analizlər boşuna pul və vaxt itkisidir.


“Medicina” xəbər verir ki, həkim Rustam Sadıkov lazımsız analizləri sadalayıb.

“Bunlardan birincisi populyar olan Vitamin D analizidir. Nəzərə alaq ki, bu vitamin yox, hormondur. İndi elə ilkin müayinədə uşaqları, böyükləri D vitamin analizinə göndərirlər.

Bizim ölkədə 80% əhalidə bu vitamin əskikdir.

Xəstənin ümumi vəziyyəti və şikayətlərinə baxıb təxmini defisiti təyin etmək olar. Və hər kəs profilaktik olaraq D vitamini qəbul etməlidir.

Ona görə də analizsiz, amma həkim təyinatı ilə müəyyən doza vitamin D alına bilər.

Eləcə də ümumi xolesterini qanda yoxlamağın mənası yoxdur. Son elmi işlər sübut edib ki, bu analizi etibarlı hesab etmək olmaz.

Ürək-damar xəstəliklərin müayinəsində yaxşı və pis xolesterini ayrılıqda yoxlamaq daha yaxşı olar.
Digər çox təyin olunan müayinə EKQ-dir.

Əgər xəstədə ciddi infarkt və stenokardiya əlaməti yoxdursa, EKQ heç bir şey göstərməyəcək.
Ürəyin işini yoxlamaq üçün sutkalıq Holter və stress test daha faydalıdır.

EKQ-ni siqaret çəkənlərə, diabet və təzyiq xəstələrinə ildə 1-2 dəfə təyin etmək olar”.

Aygün Musayeva