Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Virusun insandan insana keçməsi dəqiq deyil- ÜST

  • 2020.02.19 09:50
  • 1140 Baxış
Virusun insandan insana keçməsi dəqiq deyil-  ÜST

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ COVID-19 koronavirusunun insandan insana keçməsi üzrə 100-ə yaxın fakt qeydə alıb.

Medicina.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu ÜST-nın baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

A.Qebreyesus bildirib: "Hazırda Çindən kənarda, 12 ölkədə COVID-19 koronavirusunun insandan insana keçməsi üzrə 92 fakt qeydə alınıb. Xəstəliyin ciddiliyini və ya ölüm səviyyəsini müqayisə etmək üçün Çindən kənarda qeydə alınan hallar üzrə kifayət qədər məlumatımız yoxdur".

Onun sözlərinə görə, ÜST hər bir xəstəlik halının inkişafını daha yaxşı başa düşmək üçün yoluxmaların qeydə alındığı dövlətlərlə birlikdə vəziyyəti izləyir.

Eyni zamanda, ÜST "Diamond Princess" kruiz laynerində yoluxanlar istisna olmaqla hələki virusun insandan insana davamlı keçməsi faktını qeydə almayıb. Bildirilir ki, kruiz laynerində yoluxan insanlarda COVID-19 koronavirusunun yüngül forması müəyyən edilib, sərnişinlərin əksəriyyəti isə sağlamdır.