Əməkdar artist Könül Kərimova bir müddət öncə koronavirusa yoluxduğunu, xəstəliyi ağır şəkildə keçirdiyini açıqlayıb.
Medicina.az xəbər verir ki, bu barədə müğənni sosial şəbəkə hesabında məlumat verib.
52 yaşlı ifaçı COVID-19-u ciddiyə almadığını, bu səbəbdən çətin günlər keçirdiyini bildirib:
“16 gün evdə qaldım, koronavirusdan əziyyət çəkərək yatdım. Hamı kimi məndən də yan keçmədi. Virusu ciddiyə almadım, ölümlə üz-üzə qaldım. Həkimlərimə təşəkkür edirəm, məni bu şirin həyatdan ayrılmağa qoymadılar”.