Dünyada meymunçiçəyinə yoluxma nöqtələrinin və yoluxanların sayı artıq pandemiya həddinə çatır.
Bakupost.az xəbər verir ki, bu barədə Rusiyanın bioloji laboratoriyasının rəhbəri, virusoloq Aleksandr Butenko bildirib:
“Faktiki olaraq, yoluxma aşkarlanan ölkələrin sayını nəzərə alsaq, bu artıq pandemiyadır. Pandemiyada yoluxanların sayı yox, əhatə dairəsi, ölkələrin sayı əsas götürülür. Qısa zamanda 12 dən çox ölkədə aşkarlanıb.
Hətta qitələrə də keçib. Avstraliya, Amerika, Avropa... Əminəm ki, bizdə də var”.
Virusoloq bu virusun yüksək öldürücülük qabiliyyətindən də danışıb:
“Öldürücülük bir-birindən kəskin fərqlənir. Afrikada 10-14%-dir. Bu rəqəm elə təbii çiçəkdə də belədir. Bu yüksəkdir, koviddən də qat-qat yüksəkdir. Bizi narahat edən odur ki, yoluxanların heç biri Afrikada olmayıb, Afrikadakı xəstə ilə kontaktı olmayıb, amma birdən çiçəyə yoluxublar”.
Aygün Musayeva
BakuPost