İmmuniteti gücləndirmək üçün nutrisioloq-dietoloq Amaliya Rəhimovanın tövsiyələrini diqqətinizə çatdırırıq.
Nə qədər acınacaqlı olsa da, insan virus qarşısında acizdir. Biz onları idarə edə bilmirik. Onları yeganə ramedici qüvvə isə - ayıq immunitetdir. Və bu ölüm-dirim savaşında qalib və ya məğlub olmağımıza yalnız immun sistemi qərar verir. Onun fədakarlıqla çalışıb bizi qoruması, yaxud acizanə surətdə virusa təslim etməsi isə hər kəsin öz əlindədir.
Hər kəs bu məqamda bunlara diqqət etməlidir.
1. Virusun çoxalmasını əngəlləmək (yayılma zəncirini qırmaq –kontaktları minimallaşdırmaq, gigiyenik rituallara riayət, məcburi çıxışlarda (aptekə, marketə) məsafə gözləməklə qorunmaq və s.)
2. İmmun sisteminin diqqətini böyük təhlükədən (virusdan) yayındırmamaq. Sağlam immun sistemi öz sahibini sadiqliklə qoruyar, bunun üçün onun kifayət qədər rezerv əsgər-sürsatı vardır. Lakin bu sürsat və qüvvə digər, xırda problemlərə yayındıqda sistem xeyli tükənir və əsas, qlobal düşmən gələndə artıq yetərsiz olub ona sipər çəkə bilmir. Hansı amillərdir ki, bu möhtəşəm mexanizmi zəiflədib, kiçik virus qarşısında aciz qoyur?
Əsas zərbə gözlənilməz yerdən dəyir. Bunların ən geniş yayılanı – əksər ailələrdə gündəlik istehlak edilən qablaşdırılmış qidaların tərkibində gizlənən kimyəvilər (rəngləyici, dadlandırıcı, qatılaşdırıcı, şirinləşdirici), süni yağlar, ifrat miqdarda aşkar və gizli şəkərdir.
Nə üçün məhz bunlar?
İmmun sisteminin insanın tarixən yeyib-içdiyinə qarşı bir tolerantlığı, yəni dözümlülüyü yaranıb. Belə ki, hər bir toplumun əsrlər boyu istifadə etdiyi ənənəvi qidaları immun sistemi artıq tanıyır və onu doğma, özününkü kimi qəbul edir. Saydığımız qidaların heç biri tarixən istehlak olunmayıb, onlar genetik yaddaşda yoxdur. Onların hamısı insanın yalnız nəfsini oxşayan, bioloji dəyəri olmayan, qidanı fizioloji tələbatlıqdan çıxarıb sosiallaşdıran, onu göstəriş, status rəmzi edən və ən vacibi isə külli gəlir mənbəyi edən son onilliklərin ən uğursuz və fəlakətli “nailiyyətidir”. Məhz təbiətin, yaradanın deyil, insanın özünün “əl işi” olduğundan immunitet bu “psevdoqidaları” tanımır, onları yad bilib onlarla amansız mübarizə, bəzən isə əsl müharibə aparır. Başı aqressiv maddələrin zərərsizləşdirilməsinə qarışmış immunitetin əsl düşmənə, yəni virusa qarşı gücü qalmır. O da zəifləmiş, fikri yayınmış ordunu asanlıqla aşaraq, öz məkrli işini rahatlıqla görür. Bu baxımdan, hazırkı durumda ilk tövsiyə - immun sistemini zəiflətməyin! Zəif olmasın ki, gerçək təhlükə qarşısında aciz qalmayıb mübarizə apara bilsin.
Nə etməli bu yöndə?
-bütün psevdoqidalara – son
-immuniteti gərginləşdirən, nənə-babanın tanımadığı ekzotik meyvə və ədvalara – məhdudiyyət
-ağız dadını dəyişib-kütləşdirən, getdikcə daha güclü stimulyatorlara möhtac edən əlavələrə (duz, sənaye üsulu ketçup
mayonez, ekzotik souslar) – son
-həzmi pozan, vitamin-mineral defisiti yaratmaqla immunu çökdürən rituallara – son (yeməkdən dərhal sonra – çay, yeməklə çörək, yeməklə şirə, kompot)
-yeməklərin az komponentdən və maksimum sadə tərzdə hazırlanması
-yalnız təbii, mənşəyi bilinən və ilkin vəziyyətində olan qidalardan istifadə, məhz:
• Kolbasa-sosis yox, ət
• Dönər yox- toyuq
• Konserv yox – balıq
• Squşonka yox – qatıq
• Çips yox – kartof
• Popkorn yox – qarğıdalı
• Şirə yox – meyvə və s.
3. Amma ən düzgün qidalanma belə, immun sisteminin fəaliyyətini normallaşdırmaq üçün zaman tələb edir. Bu baxımdan hazırkı kritik durumda qida korreksiyası ilə yanaşı, biotənzimləyici farmakoterapiyanın başlanması məqsədəuyğundur. Niyə məhz biotənzimləyici? Adından da göründüyü kimi, təbii tərkibli və mikrodozada olan bu preparatlar immun sistemini artıq çalışdırıb yormur, yalnız onun fəaliyyətini tənzimləyib optimallaşdırır:
• İmmun fəaliyyətə ciddi zərbə vuran gərilmiş sinir sistemini sakitləşdirmək üçün Neurexan preparatı (1 tab gündə 3-4 dəfə dilaltı)
• İmmun sistemini gücləndirərək, virus infeksiyasını profilaktika edən, artıq inkişaf etmiş xəstəlikdə isə - onun simptomlarını aradan qaldıran Gripp heel preparatı (profilaktika üçün - 1 tab. 2 dəfə, müalicə üçün 1 tab 3 dəfə dilaltı)
• 80%-i bağırsağın selikli qişasında yerləşən immun sisteminin fəaliyyətini normallaşdıran, virusun fəaliyyətini əngəlləyən Rebas (1 şam 1 dəfə) + Quentakehl (10 damcı 2 dəfə) kompleksi
Mükəmməl yaradılmış insan, onun immun sistemi yenilənməyə, bərpaya qadirdir; yetər ki, ona şans və imkan verilsin. Fəaliyyətini əngəlləyən amilləri aradan qaldırıb bioloji üsul və vasitələrlə dəstəklənən immun sistemi yenilməzdir!