Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Virusları məhv edən ən güclü vasitə budur- Türk professor

  • 2020.12.04 14:24
  • 1990 Baxış
Virusları məhv edən ən güclü vasitə budur - Türk professor

Tanınmış pediatr, professor Emin Ünüvar qış aylarında D vitamini əlavələri qəbul etməyi və bu vitaminin səviyyəsinə diqqət yetirməyi tövsiyə edib. Həkimin sözlərinə görə, D vitamini çatışmazlığı olan insanlar koronavirusa daha asan yoluxur və xəstəliyi daha şiddətli keçirir.

D vitamini ölüm riskini yarıya qədər azaldır

Son araşdırmalar göstərib ki, D vitamini çatışmazlığının qarşısının alınması COVID-19-dan ölümləri yarıya endirir, virus səbəbilə reanimasiya ehtiyacını 25 dəfə azaldır.

D vitamininin orqanizmin infeksiyalara qarşı müqavimətini artırdığını söyləyən professor Emin Ünüvar bu vitaminin ən vacib mənbəyinin günəş şüaları olduğunu bildirib:

“D vitamini günəş şüalarının bizə bəxş etdiyi üzvi və ən vacib vitamindir. Bununla birlikdə şəhər həyatında günəşdən kifayət qədər faydalana bilmirik və D vitamini səviyyəmiz buna görə azalır. Bu gün böyüklərdə və uşaqlarda D vitamini çatışmazlığını tez-tez görürük. Çatışmazlıq 60-80 faiz arasındadır.

D vitamini immun sistemini gücləndirdiyi üçün infeksiya bədənə daxil olmadan müqaviməti artırır. D vitamini səviyyəniz yetərlidirsə, vücudunuz yoluxucu xəstəliklərə qarşı balanslı və təsirli reaksiya meydana gətirir. Bədəninizin müdafiəsinin balanslı və güclü olmasını təmin edir.
D vitamini sümük sağlamlığı üçün də vacibdir. Bu vitamin sizi bir çox xəstəlikdən qoruyur. Əhəmiyyətli qoruyucu amildir”.