Həkim dietoloqlar viruslara qarşı təsirli olan qidaları açıqlayıb. Onlar qeyd edib ki, immuniteti viruslara qarşı güclü edən element sinkdir. Bu mineralsız immun hüceyrələr, xüsusən leykositlər işləyə bilmir, demək olar ki, formalaşmır.
Sink isə çox miqdarda mal əti, quzu əti, mal qaraciyəri, balıq, dəniz məhsulları, bəzi paxlalılarda olur.
Eləcə də C vitamini immun sistem üçün vacibdir və qrip, zökəm kimi xəstəliklərin yüngül keçməsini təmin edir.
Ona görə həkimlər viruslara qarşı çaytikanı, sitrus meyvələr, pomidor şirəsi, qarağat, çiyələk və s. bol yeməyi məsləhət görür.
E vitamini immun sistemin antitellərin hasilatı üçün lazımdır. E vitamini badam, çərəzlər, kətan toxum, günəbaxan tumlarında olur.
Balıq və sarımsaq isə qırmızı qan hüceyrələrini artırır.
Bağırsaqların mikrflorası güclü olsun deyə qatıq, kefir yeyin.