Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Viruslardan qorunmaq üçün Yüksəkdozalı Vitamin C

  • 2023.11.30 15:15
  • 1631 Baxış
Viruslardan qorunmaq üçün   Yüksəkdozalı Vitamin C

Hazırda kəskin respirator virus infeksiyaları (KRVİ) əhali arasında geniş yayılıb. Yaz və payız aylarında bu xəstəliklərə yoluxma intensivliyi artır. Kəskin respirator virus infeksiyaları, yoluxucu virus xəstəliklərinin böyük bir qrupunu özündə birləşdirir; epidemiyaya meyillidir. Bunlara qrip, paraqrip, adenovirus, rinovirus və respirator-sinsitial virusların törətdiyi xəstəliklər aiddir. Bu xəstəliklərdə əsasən tənəffüs sistemi üzvlərinin selikli qişaları zədələnir.



"Medicina" xəbər verir ki, bütün kəskin respirator virus infeksiyaları üçün xəstəliyin ilkin əlamətləri eynidir: hərarətin qalxması, baş ağrısı, asqırma, öskürmə, iştahanın azalması, yuxunun pozulması, boğazda, göz almasında, əzələlərdə ağrı və s.

Viruslarla yoluxma, asqırma, öskürmə zamanı milyonlarla virusun ətrafa yayılması ilə baş verir.

KRVİ bəzi insanlarda yüngül keçsə də, əksərən ciddi narahatlığa səbəb olur. Xroniki hər hansı bir xəstəliyi olan insanlarda xəstəliklərinin kəskinləşməsinə, bundan başqa hətta sağlam insanlarda da fəsadlara (otit, pnevmoniya, meningit və s.), dərs, iş günlərinin itirilməsinə səbəb olur. Amma bilirik ki, hətta epidemiya dövründə də hər kəs yoluxmur və ya yoluxsa da xəstəliyi yüngül keçirir. Burda əsas rol immun sistemin normal fəaliyyətidir.

Virus infeksiyasından qorunmaq və xəstəliyə yoluxmamaq üçün vacibdir:

• -tibbi maskadan istifadə;
• -yaşayış və iş yerinin havasının tez-tez dəyişdirilməsi;
• -əllərin təmizliyi (tez-tez sabunla yumaq)
• - sağlam qidalanma;
• - immun sistemin modulyasiyası.


İmmun hüceyrələr vitamin C -ni ən çox tələb edən hüceyrələrdir. Tədqiqatlar göstərir ki, bu hüceyrələrdə vitamin C çatmayanda onlar öz funksiyasını normal yerinə yetirə bilmir. Və belə insanlar daha tez infeksiyaya yoluxur və xəstəliyi ağır keçirir. Bu halların qarşısını almaq üçün venadaxili Yüksəkdozalı Vitamin C (Pascorbin 7.5g-50 ml) -nin istifadəsi məsləhət görülür.

Yüksəkdozalı Vitamin C-nin terapevtik faydası tədqiqatlarla sübut olunub. Yüksəkdozalı vitamin C-nin çoxsaylı farmakoloji xüsusiyyətləri sırasında aşağıdakılar immun sisteminə təsir edərək virus infeksiyalarının profilaktika və müalicəsində olduqca əhəmiyyətlidir:

Yüksəkdozalı Vitamin C:

• İmmun sistemin spesifik hüceyrələri və neytrofillərin aktivliyini normallaşdıraraq virus və bakteriyaya qarşı immun cavabı təmin edir

• Komplement sistemini aktivləşdirir

• İnterferon sintezini artırır

• Antioksidant təsir göstərir


İstifadə qaydası:

Həm profilaktik, həm də müalicə məqsədilə təyin olunur. Mütləq həkim təyinatı olmalıdır.

Profilaktika üçün - Yüksəkdozalı vit. C - 7,5 g 50 ml +NaCl 0,9% -100 ml - venadaxili damcı üsulu ilə həftədə 2 dəfə.

Müalicə məqsədilə - müxtəlif sxemlərlə istifadə olunur.