Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Viruslardan qorunmaq üçün bu qidalara üstünlük verin - VİDEO

  • 2020.05.20 21:51
  • 5279 Baxış

Həkim-dietoloqlar viruslara qarşı təsirli olan qidaları açıqlayıblar. Onlar qeyd edib ki, immuniteti viruslara qarşı gücləndirən element sinkdir. Bu mineralsız immun hüceyrələri, xüsusən leykositlər işləyə bilmir.

Sink isə çox miqdarda mal əti, quzu əti, mal qaraciyəri, balıq, dəniz məhsulları, bəzi paxlalılarda olur.
Bundan başqa, C vitamini immun sistem üçün vacibdir. O, qrip, zökəm kimi xəstəliklərin yüngül keçməsini təmin edir.

Ona görə həkimlər viruslara qarşı çaytikanı, sitrus meyvələri, pomidor şirəsi, qarağat, çiyələk və s. bol yeməyi məsləhət görürlər.