Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Viruslara qarşı mübarizənin təbii vasitəsi – HEYVANIN FAYDALARI

  • 2017.10.07 12:59
  • 16872 Baxış
Viruslara qarşı mübarizənin təbii vasitəsi –  HEYVANIN FAYDALARI
Tərkibi vitamin və minerallarla zəngin olan heyva qədim zamanlardan bir çox xəstəliklərin müalicəsində istifadə olunub. Bu meyvə nə qədər dadlıdırsa, bir o qədər də sağlamlıq üçün faydalıdır. Xalq təbabətində heyvanın gülündən və qabığından da geniş istifadə olunur.

 

Medicina.az modern.az-a istinadən heyvanın faydaları haqqında yazını təqdim edir.

 

Heyva C vitamini ilə zəngin olduğundan orqanizmin immun sistemini gücləndirir.

 

Bu meyvənin tərkibində dəmir çox olduğuna görə el arasında qanazlığı deyilən anemiya zamanı olduqca faydalıdır.

 

Heyva mədə və bağırsaqları gücləndirir.

 

Qaraciyərin fəaliyyətini normallaşdırır.

 

Sinir sisteminə müsbət təsir göstərir.

 

Heyva viruslara qarşı mübarizədə ən yaxşı vasitələrdən biridir.

 

Orqanizmin toksinlərdən və zərərli maddələrdən təmizlənməsinə kömək edir.

 

Bu meyvədən müntəzəm istifadə etməklə qanda "pis” xolesterinin miqdarını aşağı salmaq mümkündür.

 

Heyva dərinin sağlam və gümrah qalması üçün də xeyirlidir.

 

Sidikqovucu xassəyə malikdir.

 

Ürək damar sistemi üçün ən faydalı müyvələrdən biridir.

 

Yüksək qan təzyiqini aşağı salmaq üçün heyvadan istifadə əhəmiyyətlidir.

 

İltihablar zamanı, xüsusilə tənəffüs sisteminin iltihabında heyvadan istifadə müsbət nəticə verir.

 

Heyvanın şirəsindən kosmetik vasitə kimi istifadə etməklə üz dərisinin gözəl görünməsinə nail olmaq olar. Bu vasitə yağlı dərilər üçün daha effektlidir.

 

Qəbzliyi olanlar heyvadan məhdudiyyətlə istifadə etməlidirlər.